Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                 

Texniki Universitetdə repressiyalar başladı... - AMMA ƏKSİ GÖZLƏNİLİRDİ...
Tarix: 23-11-2021, 08:31 | Çap et
Texniki Universitetdə repressiyalar başladı...
DİA.AZ: - Azərbaycan Texniki Universitetində cərəyan edən neqativ olaylarla bağlı diaaz.space olaraq silsilə materialları diqqətinizə təqdim etmişik. Ümid edirdik ki, bu faktların fonunda müvafiq dövlət qurumları gərəkən addımları atacaq, qaldırılan problemlərin həllinə çalışacaq. Amma sən saydığını say, gör fələk nə sayırmış... Aydın olur ki, nəinki kimsə AzTU rəhbərliyini açıqlanan faktlara görə sorğu-sual etməyib, əksinə, kimlərssə ona qol-qanad verdiyindəndir ki, indi də rektor cənabları "repressiya qılıncını sıyıraraq" hərəkətə keçib. Elə DİA.AZ-a göndərilən son müraciətdə də deyilənlər bu barədədir:

"Bir müddət əvvəl biz, Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu sizin saytınız vasitəsilə cəmiyyətə və müvafiq səlahiyyətli təşkilatların vəzifəli şəxslərinə müraciət edərək, rektor Vilayət Vəliyevin burada işlədiyi iki il ərzində onun yaratdığı fəlakətli vəziyyət haqqında məlumat vermişdik. İndi isə biz bilmirik, bununla biz yaxşı hərəkət etmişik, ya yox. Məsələ ondadır ki, rektor bu məlumatın universitetdə və ümumiyyətlə cəmiyyətdə yaratdığı rezonansa baxmayaraq, müvafiq qurumlar tərəfindən heç bir reaksiya verilmədiyini görərək, universitet əməkdaşlarına qarşı repressiyalara başlamış, bununla da universitetdə vəziyyət və mənəvi iqlim daha da ağırlaşmışdır. İndi biz bu vəziyyətin yaranmasında özümüzü də günahkar hiss etməyə başlamışıq və bilmirik ki, biz bu çıxışımızla yaxşı hərəkət etmişik, ya yox, bəlkə Texniki Universitetdə vəziyyəti daha da ağırlaşdırmışıq. İndi eşidirik ki, rektor müxtəlif məsələlər üçün onun qəbuluna gələn universitet əməkdaşlarına deyir ki, “Məndən şikayət edirsiniz? Görün başınıza nə oyun gətirəcəyəm”. Universitetdə müəllimlərə müxtəlif bəhanələrlə təzyiqlər və yoxlamalar başlanmışdır, gün ərzində bir neçə dəfə əməkdaşların iş yerində olub, olmaması yoxlanılır və s. Qeyd etdiyimiz kimi, universitet kafedralarının birləşdirilməsi ilə əlaqədar kafedra və şöbələrin köç-ha-köçü daha da intensivləşdirilmiş, dağıdıcı şəkil almışdır. Bir binadan kafedraların bütün əmlakı, avadanlığı, o cümlədən laboratoriya avadanlığı 4-cü, 5-ci mərtəbədən həyətə boşaldılır, sonra digər binada 4-cü mərtəbəyə daşınır. Məsələ bundadır ki, texniki təmayüllü kafedraların çoxu 2015-2016-cı illərdə universitet binalarının əsaslı təmirindən sonra bu otaq və avadanlığın təchiz edilməsinə, onlara müxtəlif kommunikasiya və internet xətlərinin çəkilməsinə, laboratoriyaların yenidən qurulmasına çoxlu zəhmət və vəsait, çox zaman isə öz şəxsi vəsaitlərini sərf ediblər və indi bütün bu işlər yenidən qurulmalıdır. Sual olunur: nəyə görə? Ona görə ki, bu birləşdirmə və köç-ha-köç prosesində kafedraların iş otaqları, müəllimlər otaqları, laboratoriyalar sıxlaşdırırlır və rektorun öz məqsədləri üçün (əlbəttə, onun özünün də sözlərindən məlum olduğu kimi, şəxsi biznes məqsədləri üçün) otaqlar boşaldılır. Ən pisi isə budur ki, bu prosesdə kafedraların ixtisaslaşdırılmış və xüsusi təchiz edilmiş auditoriyaları da boşaldılır və ləğv edilir. Bir çox auditoriyalar boşaldılaraq, onlarda olan mebel və partalar binaların zirzəmilərinə atılır. 2015-2016-cı illərdə universitet binalarının əsaslı təmirindən sonra demək olar ki, bütün mebel yenilənmiş və təzə mebel, o cümlədən, partalar da alınmışdı. İndi YÜZLƏRLƏ təzə parta auditoriyalardan çıxarılaraq, lazımsız bir şey kimi 3-cü tədris binasının zirzəmisinə atılmışdır. Onlar bir il zirzəmidə qaldıqdan sonra tamamilə yararsız vəziyyətə düşəcək. Hal-hazırda xüsusi karantin rejimi ilə əlaqədar olaraq, AzTU-da laboratoriya və praktiki məşğələ dərsləri məhdud şəkildə bilavasitə universitet auditoriyalarında, mühazirələr isə onlayn rejimində internet vasitəsilə keçirilir. Buna görə də universitetdə tələbələr məhdud sayda iştirak edirlər. Bunu başa düşməyən rektor elə bilir ki, bu, həmişə belə olacaq, yəni auditoriyalar boş qalacaq və heç kimə lazım olmayacaq. O fikirləşmir ki, bəs karantin rejimi ləğv olunduqdan sonra, universitetdə tədris tam həcmdə bərpa olunanda 8 min tələbə hansı auditoriyalarda dərs keçəcək (onsuz da hələ olan auditoriyalar bu qədər tələbəyə kifayət etmirdi). Beləliklə, o, özünün biznes maraqları üçün otaqları boşaltmaq məqsədilə universitetin auditoriya fondunu məhv edir. Heç “auditoriya fondu” məfhumu ona məlum da deyil.

Bizim keçən dəfəki müraciətimiz saytda ictimaiyyətə çatdırıldıqdan sonra universitetin ilk elmi şura iclası bu günlərdə keçirildi. Maraqlı idi ki, görəsən, rektor onun ünvanına deyilmiş bu qədər ittihamlardan sonra buna necə reaksiya verəcək, nə isə izah etməyə, cavab verməyə çalışacaqmı? Əlbəttə ki, rektor bu haqda açıq heç nə demədi. Ancaq, onun danışığı çox əsəbi və acıqlı idi. Və elmi şura iclasının gündəliyi sanki qəsdən yenə eyni xəttin davamına

istiqamətlənmişdi. Yəni, gündəlikdə rəsmən göstərilməsə də rektorun çıxışlarında yenə də əvvəlki ənənəyə sadiq qalaraq, tədris yüklərinin azaldılması, müəllimlərin ixtisarı, yenə STRUKTUR DƏYİŞİKLİKLƏRİ məsələləri yer aldı. Və rektor sənədlərdən birinin müəllifinin onun qaynı qızı bakalavr Pərvanə Allahverdiyeva olduğunu nümayişkaranəliklə (hamının acığına) xüsusi elan etdi.

Rektor əvvəlcə dedi ki, universitetdə təqribən 200 baş müəllim işləyir. Yaxın vaxtlarda onların siyahısı nəzərdən keçiriləcək və elmi dərəcəsi olmayan baş müəllimlər universitetdən kənarlaşdırılacaqlar (bu da yəqin ki, bizim yazılarımızın nəticələrindən biridir. Buna görə baş müəllimlərdən çox üzr istəyirik). Əvəzində isə qənaət olunmuş vəsait hesabına professor kafedra müdirlərinin maaşı 2 min manata qədər artırılaraq, onun qaynı qızı, Hüquq sektorunun müdiri bakalavr Pərvanə Allahverdiyevanın maaşına (2600 manat) yaxınlaşdırılacaq. Keçən yazımızda qeyd etdiyimiz kimi, rektorun iki illik “fəaliyyəti” nəticəsində isə kafedra müdirlərinin arasında professorlar barmaqla sayılacaq miqdarda qalıb. Qeyd etmək lazımdır ki, baş müəllimlərin arasında elələri vardır ki, onlar müəyyən səbəblərdən dissertasiya müdafiə edərək, elmi dərəcə almasalar da, böyük təcrübə və biliyə sahibdirlər, dərs demək səviyyəsinə görə bir çox dosentlərdən heç də geri qalmırlar və ömürlərini pedaqoji fəaliyyətə sərf etmişlər.

Sonra, iclasın gündəliyində göstərilməsə də, rektor adəti üzrə yenə tədris yüklərinə “hücum” etdi, dedi ki, magistraturada fənlərin sayı çoxdur, onları xeyli azaltmaq lazımdır (yenə tədris yükünü azaltmaqla, pedaqoji heyəti ixtisar etmək və tədrisin keyfiyyətini aşağı salmaqla qənaət edilmiş vəsait hesabına inzibati strukturları şişirtmək və ora yeni adamlar qəbul etmək üçün). Və bu kontekstdə rektor xüsusilə nümayişkaranəliklə qeyd etdi ki, magistratura fənləri əlbəttə ki, yalnız “İqtisadiyyat və idarəetmə” fakultəsində, yəni onun yaxın qohumu, hətta ailə üzvü olan Fərqanə Musayevanın dekan olduğu fakultədə tam qaydasındadır, halbuki, həmin fakultə AzTU-da ümumi təəssürata görə, ənənəvi olaraq “ən az qaydasında olan” fakultə sayılır".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Dünən, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Dünən, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Dünən, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Dünən, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru