NAXÇIVANDA TİKİNTİ BİZNESİ DAVASI - İLGİNC TƏFƏRRÜAT
Tarix: 3-09-2024, 09:21 | Çap et
 "Naxçıvanda post-Talıbov dönəmində aparılan struktur və kadr islahatlarından sonra zühur edən, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Əhmədov yaratdığı MMC-nin adına uyğun olan işlərlə məşğul olub". Bu barədə Dia-az.İnfo-ya daxil olan məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Yəni bu iş adamı məşhur “qoçu Əsgər”in "kişmiş yeyən keçisi" kimi Naxçıvanda aparılan, demək olar ki, bütün tikintilərdən haqq alıb. Muxtar respublikada aparılan tikintilərin əksəriyyətinə nəzarət edib və söszüz ki, onlardan layihənin həcminə uyğun qeyri-qanuni vəsait alıb. Naxçıvanda fəaliyyət göstərən iş adamlarından birinin sözlərinə görə, İsmayıl Əhmədov Talıbov dönəmindən sonra Naxçıvan Muxtar Respublikasında aparılan bütün tikintilərə nəzarət edib və özünü xüsusi dövlət mandatı verilmiş məmur kimi aparıb. Ölkə qanunvericiliyinə görə, əslində özəl tikinti şirkəti özü oz layihəsini sərbəst şəkildə idarə etmək hüququna malikdir. Lakin sahibkarlar İsmayıl Əhmədov tərəfindən bu hüquqlarından məhrum edilib.
“Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədov muxtar respublikada tikintiləri dayandırmaq, tikilməkdə olan binaları qanunsuz şəkildə sökdürmək imkanlarına malik idi. Təxminən sxem bundan ibarət olub ki, İsmayıl Əhmədov tikinti şirkətinə layihəni onun MMC-sinin idarəetməsinə verilməsini təklif edir. Təklif qəbul edilirsə, işlər davam edir, təklif qəbul edilmirsə hansısa qüvvə tikintini dayandırır və ya onun sökülməsinə qərar verir. Bu münvalla İsmayıl Əhmədov Naxçıvan Dövlət Universitetinin futbol stadionunun sökülməsini təşkil edib, rektorluq binasının isə sökülməsinə çalışıb. Sözügedən şəxs heç bir əsas olmadan Naxçıvan Dövlət Universitetinin Texnologiya Parkının tikintisini dayandıra bilib.
Qeyd edək ki, Naxçıvanın İsmayıl Əhmədov dönəmi də artıq tarixə çevrilib. Gec də olsa dövlət orqanları işə qarışdı. Artıq deyilənə görə, Naxçıvan sahibkarlarının canı İsmayıl Əhmədovdan birtəhər qurtulur. Belə ki, Naxçıvandan gələn xəbərlərə görə, artıq İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmaqdadır..."
Dia-az.İnfo bildirir ki, məqalədə daha sonra ilginc faktlara toxunulub... Bu barədə növbəti yazıda...
İndi isə bəzi qeydləri təqdim edirik... Aydın olur ki, artıq Naxçıvanda Prezidentin xüsusi nümayəndəsi olan Fuad Nəcəfli ilə bir zamanlar onun SAĞ ƏLİ hesab olunan və bu "əl" hesabına neçə-neçə sahibkarın başı əzilən İsmayıll Əhmədov arasında ciddi problemlər yaranıb. Bunu yuxaırdakı məqalədən də eşitdik. Buna qədər də yerli KİV-də bu ədavəti sübutlayan fakt açıqlanmışdı. Onu da xatırladırıq. Bu barədə tanınmış jurnalist Samir Feyruzov qeyd edirdi:
"Bir neçə gün bundan öncə tns.az saytı belə bir məlumat yaydı ki, Naxçıvanda yüksək vəzifəli bir şəxs hansısa iş adamının bahalı “Land Rover Defender” markalı avtomobilini ələ keçirib və sahibinə geri qaytarmır. Bu məsələ bir neçə sayt tərəfindən və sosial şəbəkələrdə geniş tirajlanandan sonra tns.az saytı təkrar məlumat yaydı ki, problem həllini tapıb və avtomobil saibinə geri qaytarılıb. Amma maraqlıdır ki, təqdim olunan nə birinci, nə də ikinci materialda maşının sahibinin və avtomobili ələ keçirən yüksək vəzifəli şəxsin kimliyi barədə heç bir məlmat verilmir. Məsələ diqqətimi çəkdi və araşdırdım. Bəlli oldu ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin rəhbəri, iş adamı İsmayıl Əhmədov “Lan Rover Defender” markalı avtomobili salondan sıfır vəziyyətdə alaraq, Naxçıvandakı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə verib. Bir müddət əvvəl hər iki şəxsin münasibətləri çox yaxşı olub, Naxçıvanda birlikdə layihələr icra ediblər. İndi aldığım məlumata görə isə onların münasibətləri kəskin şəkildə pisləşib və bundan sonra İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmalı olub. Çox güman ki, avtomobilin geri alınması tələbi də məhz bundan sonra gündəmə gəlib. Qeyd edim ki, fotodakı "Land Rover Defender" zirehlidir, qiyməti 250 min avrodan çoxdur..."
***
İndi isə aydın olur ki, Fuad Nəcəfli artıq Naxçıvanda "inqilabi dəyişiklikləri" başa çatdırdığını zənn etdiyindən əski inqilabçılar kimi davranaraq özünün KOMANDA YOLDAŞLARINI əzməyə başlayıb.
Yeni faktları növbəti yazıda təqdim edəcəyik... bizi izləyin...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15 |
|
|
|
• “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12 |
|
|
|
• PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06 |
|
|
|
• İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03 |
|
|
|
• Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59 |
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
|